"Real"ın baş məşqçisi Alvaro Arbeloa klubun La Liqada çempion ola bilmə şanslarını dəyərləndirib. 

Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis "Malyorka"ya 2:1 hesabı ilə uduzduqları oyundan sonra bu sözləri deyib:

"2 saat əvvələ nəzərən indi La Liqanı qazanmağımız daha çətindir. Futbolçulara 8 oyun qalıb dedim. "Barselona"da nə baş verirsə, versin, biz o 8 oyunda qalib gəlməliyik".

Qeyd edək ki, hazırda turnir cədvəlində "Barselona" 73 xalla liderdir. "Real"ın aktivində isə 69 xal var.