Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Bundesliqa 2-də növbəti matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Düsseldorf"u qəbul edib.
"Kayzerslautern" 3 cavabsız qolla qalib gəlib - 3:0.
M. Emreli görüşün sonlarında meydana daxil olub. Zədəsini yenicə sağaldan forvard hələlik əsas heyətə düşə bilmir.
Qeyd edək ki, "qırmızı şeytanlar" 28 turdan sonra 43 xalla Bundesliqada 2-də 7-ci yerdədilər. Onlar növbəti turda səfərdə "Herta" ilə qarşılaşacaqlar.


