Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov "Antalya Friendship Cup 2026" turnirində mübarizə aparan "Qarabağ"ın U-12 komandası ilə görüşüblər.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubunun mətbuat xidməti paylaşıb.

Ziyarət zamanı rəsmi qonaqlar gənc futbolçuları turnir çərçivəsində əldə etdikləri ardıcıl qələbələr münasibətilə təbrik edib, onlara gələcək matçlarda müvəffəqiyyətlər arzulayıblar. Görüşün sonunda xatirə fotosu çəkdirilib.