Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında çempionluq mübarizəsi həlledici mərhələyə qədəm qoyur.
Offsideplus.az xəbər verir ki, aprelin 7-də start götürəcək yarımfinal oyunlarında dörd güclü kollektiv — Murov Az Terminal, Xilasedici, Ordu və Neftchi final vəsiqəsi uğrunda üz-üzə gələcək.
İlk oyun gününün proqramı belədir:
16:00 – "Murov Az Terminal" – "Xilasedici"
18:00 – "Ordu" – "Neftçi"
Yarımfinalın cavab qarşılaşmaları isə bir həftə sonra, yəni aprelin 14-də keçiriləcək. Bütün oyunlara Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalı ev sahibliyi edəcək.
Reqlamentə əsasən, komandalar ev və səfər prinsipi ilə iki oyun keçirəcəklər. Əgər hər iki görüşün nəticəsinə görə qələbə sayı bərabər olarsa, finalçını müəyyən etmək üçün dərhal "qızıl set" oynanılacaq. Qeyd edək ki, bürünc və qızıl medalın taleyi isə cəmi bir oyundan ibarət olan final qarşılaşmasında həll olunacaq.


