"Red Bull"un məşhur atleti Tomas Öhler bu dəfə  Qafqazın ən möhtəşəm qalalarından biri - Naxçıvanda yerləşən Əlincə qalasına üz tutub.

Offsideplus.az xəbər verir ki, Əlincə qalasının məşhur pilləkənlərindən keçən idmançı 1700 metrdən artıq yüksəkliyə qalxıb, 1500-dən çox daş pillədən ibarət çətin bir yol keçib. Naxçıvanda yerləşən Əlincə qalası (e. I-VI)  əsrlər boyu əlçatmaz hesab olunub. 

Velosiped trialı üzrə dünyanın ən güclü və bacarıqlı idmançılarından biri, iki dəfə “Ginnesin Rekordlar Kitabı”na düşən və Avstriyanın dəfələrlə çempionu olan Öhler, başqalarına mümkünsüz görünən marşrutları fəth etməsi ilə tanınır.