"Sabah" Azərbaycan Kuboku tarixində vurduğu qolların sayını 50-yə çatdırıb.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley qolu turnirin yarımfinal mərhələsinin ilk oyununa təsadüf edib. "Qarabağ"la səfər matçında hesabı açan Umarali Raxmonaliyev Bakı təmsilçisinin 50-ci qolunun müəllifi kimi tarixə düşüb. Görüş 2:2 hesabı ilə başa çatdığından, paytaxt klubunun kubokdakı ümumi qol sayı 27 oyunda 51-ə yüksəlib.
Bununla da, ölkə kubokunda 50 və daha çox qol vuran klubların sayı 21-ə çatıb.
Qeyd edək ki, kubokda 2017/2018 mövsümündə debüt edən "Sabah" ilk qolunu bir il sonra vurmağı bacarıb. 2018-ci il dekabrın 6-da "Ağsu"ya qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan 1/8 final matçının 6-cı dəqiqəsində Bəxtiyar Soltanov klubun turnir tarixindəki ilk qoluna imza atmışdı.


