"Neftçi" İdman Klubu 2026-cı ilin geridə qalan ayları üzrə medal statistikasını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ilin ilk üç ayı ərzində klubun idmançıları ümumilikdə 383 medal (147 qızıl, 101 gümüş, 135 bürünc) qazanıblar. Klubun yetirmələri Avropa miqyaslı yarışlarda 10 (2-5-3), beynəlxalq turnirlərdə isə 53 (21-14-18) medala sahib çıxıblar.
Respublika daxili yarışlarda "Neftçi"nin üzvləri 213 dəfə (85-56-72) fəxri kürsüyə qalxıblar. Paytaxt birinciliklərində 53 (19-11-23), dövlət qurumlarının əməkdaşları arasındakı turnirlərdə 10 (4-2-4), digər yarışlarda isə 44 (16-13-15) medal əldə olunub.


