ABŞ Prezidenti Donald Tramp, Milli Futbol Liqasının (NFL) adının dəyişdirilməsi ilə bağlı ölkə gündəmini sarsıdan bir təkliflə çıxış edib.
Offsideplus.az xəbər verir ki, Prezident Tramp hazırda ABŞ-də "Sokker" (Soccer) kimi tanınan idman növünün ölkədə "Futbol" adlandırılan yeganə rəsmi idman növü olmasını tələb edib. Hazırda Amerikada "Futbol" termini NFL-in təmsil etdiyi Amerika futbolu üçün istifadə edilsə də, dövlət başçısı bu terminologiyanın qlobal standartlara uyğunlaşdırılmasının tərəfdarıdır.
Ağ Ev rəhbəri dünya miqyasında milyonlarla insanın izlədiyi futbolun əsl adının bərpa olunmalı olduğunu vurğulayaraq deyib:
"Bu futboldur, buna heç bir şübhə yoxdur. NFL üçün başqa bir ad tapmağımız lazımdır."
Trampın bu çıxışı ABŞ-də idman ənənələrinin gələcəyi ilə bağlı yeni bir müzakirə dalğası başladıb.


