Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) son onillikdə öz yetirmələrinin satışından ən çox gəlir əldə edən klubların siyahısını dərc edib.

Offsideplus.az xəbər verir ki,.siyahıya Portuqaliyanın "Benfika" klubu başçılıq edir. "Qartallar" akademiya oyunçularının transferindən 589 milyon avro qazanc götürüblər. İkinci yerdə Niderland təmsilçisi "Ayaks" (454 milyon avro), üçüncü pillədə isə "Çelsi" (442 milyon avro) qərarlaşıb.

Akademiyası ən çox gəlir gətirən ilk 10 klubun siyahısı:

1. "Benfika" (Portuqaliya) – 589 mln. avro

2. "Ayaks" (Niderland) – 454 mln. avro

3. "Çelsi" (İngiltərə) – 442 mln. avro

4. "Lion" (Fransa) – 423 mln. avro

5. "Sportinq" (Portuqaliya) – 417 mln. avro

6. "Mançester Siti" (İngiltərə) – 404 mln. avro

7. "Real Madrid" (İspaniya) – 395 mln. avro

8. "Monako" (Fransa) – 378 mln. avro

9. "Palmeyras" (Braziliya) – 356 mln. avro

10. "Bayer Leverkuzen" (Almaniya) – 339 mln. avro