"Dallas Mavericks"in gənc ulduzu Kuper Flaqq "Orlando Mecik"lə oyunda (127:138) tarixi uğura imza atıb.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı basketbolçu NBA tarixində bir oyunda 50 xal həddini keçən ilk yeniyetmə olub. O, qarşılaşmanı 51 xal, 6 ribaund, 3 məhsuldar ötürmə və 3 top oğurlama ilə tamamlayıb.

Gənc ulduzun bu performansı komandasına kifayət etməyib. 24 qələbə və 53 məğlubiyyəti olan "Dallas Mavericks" pley-off şanslarını rəsmən itirib.

Qeyd edək ki, Flaqq hələ 2025-ci ilin dekabrında 42 xal toplayaraq Lebron Ceymsin 22 illik rekordunu qırmış və 40 xal həddini keçən ən gənc oyunçu olmuşdu. O, karyerasının ilk 50 oyununda 1000 xal, 300 ribaund və 200 ötürmə həddinə çatmağı da bacarıb.