"Liverpul"un baş məşqçisi Arne Slot "Mançester Siti"yə 0:4 hesablı məğlubiyyəti şərh edib. 

Offsideplus.az xəbər verir ki, mütəxəssis oyun barədə bu sözləri deyib:

"İlk 35 dəqiqədəki performansımızı bəyəndim. Lakin bundan sonrakı dəqiqələrdə daha yaxşı müdafiə olunmalı idik. Çox məyusedici nəticədir. Daha bir xəyal qırıqlığı yaşatdıq". 

Qeyd edək ki, İngiltərə Kubokunun 1/4 finalı üzrə baş tutan oyunda Erlinq Haaland het-trikə imza atıb, digər qolu isə Antuan Semenyo vurub.