"Gəncə" pley-inin ilk matçında "Lənkəran"ın böyük fərqlə məğlub edib - 91:55.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra komandaların baş məşqçiləri klubların mətbuat xidmətinə açıqlama verib.
“Lənkəran”nın baş məşqçisi Georgi Kondruseviç bunları söyləyib:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onların oyunlarını daha da yaxşılaşdırmaq üçün geniş ehtiyatları var idi. Belə geniş heyətə malik rəqiblə rəqabət apara bilmirik. Bu oyunda da biz qeyri-sabit oynadıq”.
"Gəncə"ni çalışdıran Halil Atlı isə qarşılaşma ilə bağlı bunları deyib:
"Hamını oynatmaqla, hər kəsin bu işin bir parçası olmasına çalışdıq. Əsas rotasiyada olan oyunçuları qorumaq istədik. İki gün sonra səfərdə oynayacağıq. Həmin matçı da qazanıb əsas işimiz olan pley-offa köklənəcəyik".


