İspaniya La Liqasının 3 klubu "Qarabağ"ın futbolçusu Kamilo Duran ilə maraqlanır.
Offsideplus.az "Fanat.az" saytına istinadən xəbər verir ki, kolumbiyalı ulduzu "Jirona", "Valensiya" və "Xetafe" heyətində görmək istəyir. Adıçəkilən klublardan "Valensiya" bir neçə gün əvvəl Duranın mövqeyini öyrənməyə cəhd edib.
Buna baxmayaraq, hələ də Ağdam təmsilçisi rəsmi təklif almayıb.
Qeyd edək ki, 24 yaşlı hücumçu cari mövsüm Ağdam təmsilçisinin heyətində 39 oyun keçirib. O, 10 qol vurub, 8 məhsuldar ötürməyə imza atıb.


