"Liverpul"dan nəhəng transfer həmləsi gələcək.
Offsideplus.az xəbər verir ki, rəhbərlik yay transfer pəncərəsində böyük səs-küy yaradacaq bir addım atmağa hazırlaşır. İngiltərə təmsilçisi "Bayern"in və Fransa millisinin ulduz vingeri Maykl Olise üçün astronomik məbləğdə təklif irəli sürməyi planlaşdırır.
Məlumata görə, mersisaydlılar 24 yaşlı futbolçunun transferi üçün Almaniya klubuna tam 170 milyon avro ödəməyə hazırdır.
Cari mövsümdə "Bayern" forması ilə möhtəşəm oyun nümayiş etdirən və 50-yə yaxın qolda birbaşa iştirak edən fransalı ulduz Avropanın ən təhlükəli hücumçularından biri hesab olunur. Lakin bu transfer "Liverpul" üçün asan olmayacaq. Belə ki, "Bayern" rəhbərliyi Olisenin komandadakı gələcəyindən tam əmindir və klubun idman direktoru Maks Eberl futbolçunu satmaq barədə ümumiyyətlə düşünmədiklərini bəyan edib.
Buna baxmayaraq, "Liverpul"un 170 milyon avroluq rəsmi təkliflə Münhen təmsilçisinin qapısını döyməkdə qərarlı olduğu bildirilir.



