Misli Premyer Liqasının XXXIII turunda "Sumqayıt" evdə "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Sumqayıt təmsilçisinin baş məşqçisi Saşa İliç matç barədə danışıb:
"Maraqlı oyun getdi. Kifayət qədər qol vuruldu, çoxlu epizodlarımız oldu, lakin fərqlənə bilmədik. Biz 3 qol vurduq, 4 top buraxdıq. Səhvlərimizdən buraxdığımız qolların nəticəsində uduzduq. Biz səhvlər etdikcə, rəqib bunu bağışlamır. Cari mövsüm qapısında bu qədər top görən komanda avrokuboklarda iştirak edə bilməz. "Sumqayıt şəhəri və insanları barədə yaxşı təəssüratlarım var. Əlimizdən gələni etdik, 7-6-cı yerdə başa vurduq".
Serbiyalı mütəxəssis "Sumqayıt"dakı gələcəyi barədə bu sözləri deyib:
"Bu həyatdır. Müqaviləm bir illik idi, uzatma bəndi var. Lakin müddəti başa çatır. "Sumqayıt" klubunun prezidenti ilə danışıqlar olacaq. Yeni futbolçular gəlməlidir. Bəli, futbolçularımı sevirəm, bəyənirəm. Lakin bu həqiqətdir ki, oyunçular çox az səhv buraxmalıdırlar. Bu halda dəyişikliyə ehtiyac var. Mən bəlkə də dünyada ən yaxşı baş məşqçi deyiləm. Lakin bu kimi klubda birlikdə plan qurmaq lazımdır. Bu şəhər, bu klub, bu strukturu olan klub avrokuboklara yollanıb uğur qazana bilər".


