"Çelsi" ilə argentinalı yarımmüdafiəçi Enso Fernandes arasındakı danışıqlar dalana dirənib.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar uğursuzluqla nəticələnib və 25 yaşlı futbolçunun bu yay Londondan ayrılacağı gözlənilir.
Ulduz oyunçuya yaxın mənbələr bildirir ki, Enso klubda yaranan bəzi vəziyyətlərdən və rəhbərliyin bəzi qərarlarından ciddi şəkildə məyus olub. Argentinalı yarımmüdafiəçi klub rəsmilərinin onu qəsdən komandadan uzaqlaşdırmaq və qapını göstərmək üçün addımlar atdığını hiss edir.
Əgər tərəflər arasında gözlənilməz və kəskin bir dönüş baş verməsə, bu həftəsonu keçiriləcək oyun Enso Fernandesin "Çelsi" forması ilə çıxış edəcəyi son matç ola bilər.
Artıq "Real Madrid" və "Mançester Siti" kimi nəhənglərin futbolçunun transferi üçün hərəkətə keçdiyi bildirilib.


