Türkiyə Ziraat Kubokunun 2025/26 mövsümünün qalibi məlum olub.
Offsideplus.az xəbər verir ki, gərgin keçən final qarşılaşmasında "Konyaspor" klubunu 2:1 hesabı ilə məğlub edən "Trabzonspor" kuboku başı üzərinə qaldırıb.
Qara dəniz təmsilçisi bu qələbə ilə öz tarixində 10-cu dəfə Türkiyə Kubokunun sahibi olmağı bacarıb.
Bu uğurdan sonra Türkiyə Kubokunu ən çox qazanan klubların siyahısı belə yenilənib:
-
"Qalatasaray" – 19 dəfə
-
"Beşiktaş" – 11 dəfə
-
"Trabzonspor" – 10 dəfə
-
"Fənərbağça" – 7 dəfə
-
"Altay", "Ankaragücü", "Bursaspor", "Gənclərbirliyi", "Göztəpə", "Kocaelispor" – hərəsi 2 dəfə


