"Mersedes"in pilotu Corc Rassell Kanada Qran-prisinin sprint sıralanma turunda hamıdan sürətli olaraq poul mövqeyini qazanıb.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı britaniyalı sürücü final mərhələsində komanda yoldaşı Kimi Antonellini 0.068 saniyə fərqlə qabaqlayıb.
Fernando Alonsonun ("Aston Martin") qəzası səbəbindən qırmızı bayraqlarla dayandırılan gərgin sessiyada Rassell dairəni 1 dəqiqə 12.965 saniyəyə qət edib.
Mayamidəki uğursuzluqdan sonra yenidən zirvəyə qayıdan Rassell qələbəni şərh edib:
"Mayami bir az fərqli idi, amma buranın trassı əladır və özünü əsl F1 maşınında hiss edirsən. Yenilənmələr işə yarayır. Komandamız əla iş ortaya qoyub".


