Azərbaycan Güləş Federasiyası (AGF) sosial şəbəkələrdə liderliyini möhkəmləndirməkdə davam edir.
Offsideplus.az xəbər verir ki, federasiyanın “Instagram” səhifəsi izləyici sayına görə AFFA-nı qabaqlayıb. Belə ki, hazırda AGF-nin rəsmi hesabını 95,7 min nəfər izləyir. AFFA-nın göstəricisi isə 95,4 min təşkil edir.
Bununla da uzun illər yerli idman qurumları arasında sosial mediada ilk pillədə qərarlaşan AFFA ikinci yerə düşüb.
Qeyd edək ki, AGF bir müddət əvvəl “Facebook” platformasında da AFFA-nı geridə qoyaraq liderliyə yüksəlmişdi.




