Dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC yenidən Azərbaycana qayıdır.
Offsideplus.az xəbər verir ki, bu barədə UFC-nin prezidenti Dena Uayt rəsmi video müraciətində məlumat verib.
Uayt Bakı şəhərinin gözəlliyini xüsusi vurğulayaraq, bütün idman azarkeşlərini bu möhtəşəm hadisəni canlı izləməyə səsləyib:
"Biz yenidən Azərbaycandayıq! Bakı elə gözəldir ki, mütləq görməyə dəyər. Əgər bura heç vaxt gəlməmisinizsə, biletinizi elə indi alın".
Milli Gimnastika Arenasında baş tutacaq döyüş gecəsinin proqramı olduqca zəngindir:
Gecənin əsas döyüşündə Rafael Fiziyev və Manuel Torres üz-üzə gələcək.
Qeyd edək ki, Fiziyev çıxdığı son 10 qarşılaşmanın 7-də döyüş bonusu qazanıb. Onun rəqibi Manuel Torres isə nokautları ilə tanınır – o, 17 qələbəsindən 15-ni elə ilk raundda təmin edib.
Gecənin digər maraqlı qarşılaşmasında UFC-nin ən qeyri-adi və fərqli zərbə texnikasına malik iki döyüşçüsü — Şarabutdin (Shara Bullet) və Mişel Pereira qarşılaşacaqlar.
UFC həyəcanı 27 iyun tarixində Bakıda canlı olaraq yaşanacaq.
View this post on Instagram


