Azərbaycan I Liqasında mövsümə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, sonuncu - 27-ci turda 2-ci pilləni tutan komanda məlum olub.

“Mingəçevir” “Səbail”i 4:1 hesabı ilə məğlub edərək bu pillənin sahibi olub.

Onlar Misli Premyer Liqasına yüksəlmək uğrunda “Qəbələ” ilə pley-off matçına çıxacaq.

Qeyd edək ki, reqlamentə əsasən, Misli Premyer Liqasında 11-ci yeri tutan komanda ilə I Liqada 2-ci yerin sahibi növbəti mövsüm elitada yer almaq üçün pley-off qarşılaşması oynamalıdır.