Misli Premyer Liqasının 33-cü turu çərçivəsində bu gün baş tutacaq “Sumqayıt” - “Qarabağ” oyununa artıq 4000 bilet satılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi məlumat yayıb.
Oyunun biletlərini iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi ilə yanaşı stadionun kassasından əldə edə bilərsiniz. Qiymətlər sektorlardan asılı olaraq 2, 3, 5, 10 və 20 manatdır.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda keçiriləcək matçın start fiti 19:30-da səslənəcək.


