"Mançester Yunayted" Maykl Kerrikin baş məşqçi postunda fəaliyyətini davam etdirəcəyini rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 44 yaşlı ingiltərəli mütəxəssis yanvar ayında Ruben Amorimin istefasından sonra komandanın sükanı arxasına keçib.

Onun rəhbərliyi altında "qırmızı şeytanlar" Premyer Liqada keçirdiyi 16 oyunda 11 qələbə qazanaraq (onun gəlişindən bəri liqada ən çox xal toplayan komanda olmaqla) Çempionlar Liqasına vəsiqəni təmin edib.

Bu gün "mankunianlar" Maykl ilə 2028-ci ilin yayına qədər yeni müqavilə imzaladığını elan edib.

Müqavilədə əməkdaşlığın 2029-cu ilin yayına qədər uzadılması bəndi də yer alıb.