"Aston Martin"in pilotu Fernando Alonso Formula 1-dəki cari nəticələrin onun öz potensialına olan inamına təsir etmədiyini və kiməsə nəsə sübut etmək məcburiyyətində olmadığını bildirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli sürücü bolidin rəqabətədavamlı olmadığı bəzi dövrlərdə pilotun öz inkişafını necə qiymətləndirməli olduğu barədə suala belə cavab verib:
"Mənim nəyisə ölçüb-biçməyimə ehtiyac yoxdur. Mən ən yaxşıyam və bunu sübut etməyə çalışmıram. Yüksək səviyyədə olduğuma inanmaq üçün xüsusi bir şey hiss etməli deyiləm.
Əgər nə vaxtsa kartinq trasına çıxıb hamıdan sürətli ola bilməsəm, yaxud bir GT avtomobilinin sükanı arxasına keçib ən yaxşı nəticəni göstərməsəm, bax onda narahat olmağa başlayaram. Daxilən hələ də ən yaxşı olduğumu bilirəm. Formula 1 Qran-priləri kontekstində isə hər şey sadəcə yetərincə sürətli bir bolidə sahib olmaq zamanı ilə bağlıdır.
Ona görə də mən yaxşı maşın gözləməyə davam edirəm və eyni zamanda komandaya kömək edirəm. Pilot üçün fərqli kateqoriyalarda, fərqli maşınlarla qüvvəsini sınamaq və hər bir şəraitdə rəqabətədavamlı olduğunu hiss etmək faydalıdır".


