Marvin Vettori iyunun 27-də Bakıda keçirilməsi planlaşdırılan turnirdə İsmayıl Naurdiyevə qarşı baş tutmalı olan döyüşdən geri çəkilib.
Offsideplus.az xəbər verir ki, italiyalı UFC döyüşçüsü zədələndiyinə görə Bakıya gələ bilməyəcək:
"Təəssüf ki, bir neçə gün əvvəl qabırğamdan zədə aldığımı bildirmək məcburiyyətindəyəm. İyunun 27-də döyüşməyəcəyik. Bu döyüşü çox istəyirdim, hətta buna görə məşq düşərgəmi Floridadan Kaliforniyaya köçürmüşdüm".


