Almaniyanın Frankfurt şəhərində karate üzrə Avropa çempionatı keçirilir.
Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulub: Aslan Dostuyev (60 kq), Fərid Hacızadə (67 kq), Fatimə Məmmədova (50 kq) və Mədinə Sadıqova (55 kq).
Onların arasından Sadıqova uğurlu çıxış edərək finala yüksəlib.
Qeyd edək ki, turnirin ilk günündə isə Azərbaycanın yeddi idmançısı xalça üzərinə çıxıb. Onlardan ikisi – Gülay Orucova (61 kq) və İrina Zaretska (68 kq) mayın 23-də bürünc medal uğrunda döyüşəcəklər.
Əlavə edək ki, Avropa çempionatı mayın 24-nə qədər davam edəcək.


