Misli Premyer Liqasında mövsümün sonuncu - XXXIII turuna bu gün start verilib.
Offsideplus.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Qəbələ" "Şamaxı"nı qəbul edib.
Matç formal xarakter daşıyır.
Mövsümü 11-ci pillədə bitirəcəyi dəqiq olan "Qəbələ" Premyer Liqada qalmaq üçün I Liqanın ikincisi ilə pley-off oyununa çıxacaq.
MPL, XXXIII tur
21 may (cümə axşamı)
18:30 “Qəbələ” 3:1 “Şamaxı”
Qol: Seydina Keyta (4'), Karim Rossi (15'), Domi Massumo (33'), Nicat Əliyev (36')
Qəbələ şəhər stadionu


