İtaliya A Seriyasında cari mövsümün ən böyük məşqçi yerdəyişməsi reallaşmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, "Napoli" klubu komandadan ayrılmağa hazırlaşan Antonio Kontenin yerini doldurmaq üçün hərəkətə keçib və keçmiş baş məşqçisi Mauritsio Sarri ilə tam razılıq əldə edib.
Təcrübəli italyan mütəxəssis təxminən səkkiz illik ayrılıqdan sonra Neapol təmsilçisinə geri dönməyə rəsmən "yaşıl işıq" yandırıb.
Klub prezidenti Aurelio De Laurentis neapollu azarkeşlərin sevimli məşqçisini geri gətirmək üçün rəsmi təklifini artıq təqdim edib.
Mauritsio Sarri ilə 3 mövsümlük müqavilə imzalanacaq. Təcrübəli strateq yeni klubunda mövsüm başına 3.5 milyon avro qazanacaq.
Transferin rəsmiləşməsi və rəsmi imza mərasiminin keçirilməsi üçün hazırda yeganə maneə mütəxəssisin hazırkı klubu ilə bağlıdır.
Sarrinin "Latsio" ilə müqaviləsinə xitam verilməsi və paytaxt klubundan rəsmi çıxışı gözlənilir. Bu hüquqi prosedur tamamlanan kimi təcrübəli məşqçi "Napoli" ilə rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Mauritsio Sarri 2015-2018-ci illər arasında "Napoli"ni çalışdırıb.


