​"Napoli"nin baş məşqçisi Antonio Konte cari mövsümün başa çatması ilə İtaliya klubundan ayrılmaq qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bu qərarı barədə hələ ötən ay klubun prezidenti Aurelio De Laurentisə rəsmi şəkildə məlumat verib. Kontenin Neapol təmsilçisindəki gələcəyi ilə bağlı qəti qərar verdiyi və fikrindən dönmək niyyətində olmadığı bildirilir.

​56 yaşlı mütəxəssisin bu ayrılığı tamamilə qarşılıqlı razılıq əsasında baş tutacaq. İtaliyalı çalışdırıcının müqaviləni vaxtından əvvəl xitam verdiyi üçün klubdan hər hansı bir təzminat tələb etməyəcəyi vurğulanır.

​Kontenin hazırda hər hansı digər bir klubla ilkin razılıq əldə etmədiyi və mövsüm bitdikdən sonra gələcək karyerası ilə bağlı təklifləri dəyərləndirəcəyi bildirilir.