U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, final oyununda “Sabah” və “Qarabağ” üz-üzə gəlib. Binə qəsəbə stadionunda keçirilən görüş 1:1 hesablı bərabərliklə nəticələnib.

Oyunun penaltilər seriyasında daha dəqiq oynayan "bayquşlar" mövsümü çempion kimi başa vurub.

Matçdan sonra çempionluq kuboku və qızıl medallar təqdim edilib.

Qeyd edək ki, bu, cari mövsümdə "Sabah"ın akademiya komandalarının ikinci çempionluğudur. Bir müddət öncə U-16 komandası da mövsümün bitməsinə 2 tur qalmış çempionluğunu təmin etmişdi.