İspaniya nəhəngi "Real Madrid" klubu bu yay heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, yayılan son məlumatlara görə, komandanın 10-a yaxın futbolçusu ilə yolların ayrılması gündəmdədir.

​Klubun bu addımı "Santyaqo Bernabeu"ya geri qayıdacağı gözlənilən Joze Mourinyonun rəhbərliyi altında qurulacaq yeni layihənin tərkib hissəsidir. Portuqaliyalı mütəxəssisin komandaya gəlişi ilə böyük bir yenidənqurma mərhələsinin başlayacağı bildirilir.

​"Real Madrid"dən ayrılacaq iddia edilən oyunçular arasında Andriy Lunin, David Alaba Dani Sebalyos ilə yanaşı, komandanın əsas fiqurlarından hesab olunan Eduardo Kamavinqa və hətta Federiko Valverdenin də adları çəkilir.

​Komandanın ən böyük ulduzlarından biri olan Vinisius Juniorun da klubdakı taleyi sual altındadır. Yeni müqavilə ilə bağlı danışıqlar hələ də müsbət nəticələnməyib.

​"Real Madrid" rəhbərliyinin braziliyalı cinah oyunçusu ilə ortaq məxrəcə gələ bilmədiyi təqdirdə, yaxşı bir transfer təklifi qarşılığında onun satışını dəyərləndirməyə isti yanaşdığı qeyd olunur.