"Ford"un yarış proqramının qlobal direktoru Mark Raşbruk amerikalı istehsalçının tərəfdaşı olan "Red Bull" komandasının Formula 1-dəki hazırkı vəziyyətindən danışıb.

Offsideplus.az xəbər verir ki, Raşbruk komandanın çətinliklərin öhdəsindən gəlmək bacarığını yüksək qiymətləndirib:

"Düşünürəm ki, "Red Bull" dəfələrlə öz xarakterini və nələrə qadir olduğunu sübut edib. Keçən il də hamı onları hesabdan silmişdi, amma mövsümün sonunda liderlərə necə yaxınlaşdıqlarını gördük.

İndi də eyni vəziyyətdir. Çoxları deyir ki, bəli, "Red Bull" geri qalır. Trasda bunu biz də görürük, amma bu bizi məyus etmir. Əksinə, daha da ruhlandırır. Çünki həm "Red Bull", həm də "Ford" zirvə uğrunda mübarizə aparmaq istəyir".