Joze Mourinyonun "Real Madrid"ə mümkün qayıdışı klubda köklü dəyişikliklərə yol aça bilər.

Offsideplus.az xəbər verir ki, İspaniya mətbuatının yazdığına görə, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında Kilian Mbappe və Arda Gülər toxunulmaz futbolçular sırasında olacaqlar.

Mbappenin uzunmüddətli layihənin əsas siması olacağı, Arda Gülərin isə gələcək planlarda rolunun daha da artacağı bildirilir.

Xəbərdə ən təəccüblü məqam Vinisius Juniorla bağlıdır. Mourinyonun braziliyalı ulduzun satışına yaşıl işıq yandıracağı iddia olunur. Klub onun satışından əldə olunacaq böyük gəlirlə yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. "Kral klubu"nun əsas hədəfi isə uzun müddətdir Madridə gəlmək istəyən "Çelsi"nin futbolçusu Entso Fernandesdir.

Yarımmüdafiədə sərtlik və oyun nəzarətinə önəm verən Mourinyonun sistemində Orelyen Tçuameni və Federiko Valverde kimi adların da mövqeyi möhkəmlənəcək.

Bir sözlə, portuqaliyalı mütəxəssisin qayıdışı reallaşarsa, "Real Madrid"də heyət mühəndisliyi baxımından yeni bir dövr başlayacaq.