Yeni mövsüm üçün çalışmalarına indidən start verən “Qarabağ” növbəti transferini reallaşdırmaq üzəridir.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi artıq sosial şəbəkə hesabı ilə növbəti transferin anonsunu verib, lakin futbolçunun kimliyini gizli saxlayıb.

Bəs, Qurban Qurbanovun komandası Jali Muaddibin keçidindən sonra hansı futbolçu ilə anlaşıb?

Bu, Zakaria Savodur.

İcarə əsasında Kiprin “AEL Limassol” klubunda çıxış etmiş Z. Savonun transfer hüququ İsveç “Yurqorden”inə məxsus idi. Onun "Yurqorden"lə 2028-ci ilin yayınadək sözləşməsi var idi.

26 yaşlı mərkəz hücumçusu cari mövsüm Kipr çempionatında 18 oyuna 9 qol vurub.

(xitab24.az)