"Mançester Yunayted" yay transfer pəncərəsində heyətinə yeni sol cinah müdafiəçisi qatmaq variantlarını dəyərləndirir və klubun "Nyukasl"ın oyunçusu Lyuis Holla marağı ciddidir.

Offsideplus.az xəbər verir ki, Mançester təmsilçisi bu mövqeni gücləndirməklə bağlı hələ qəti qərar verməsə də, Lyuis Holl rəhbərliyin daxili müzakirələrində ən aparıcı namizədlərdən biridir. Eyni zamanda "Ayntraxt"dan Nataniel Braun da klubun transfer siyahısında yer alır.

Klubun rəhbərliyi 21 yaşlı Hollun texniki keyfiyyətlərini və yetkin oyununu yüksək qiymətləndirir. "Nyukasl"da ciddi inkişaf edən futbolçu ilə son vaxtlar "Çelsi" də maraqlanır.

MY hazırda sol cinahdakı qeyri-müəyyənliyi həll etmək və Lyuk Şounun yerini doldurmaq barədə düşünür. Bu mövqedə çox şey Patrik Dorqunun növbəti mövsümdəki vəziyyətindən asılı olacaq. Holl həm müdafiədəki etibarlılığı, həm də hücuma verdiyi töhfə ilə klub üçün ideal profil hesab olunur.