"Sauthempton"un futbolçuları Çempionşip pley-off finalından kənarlaşdırıldıqdan sonra öz klublarına qarşı mümkün hüquqi prosesə başlamaq variantını nəzərdən keçirirlər.

Offsideplus.az xəbər verir ki, bu barədə '"The Athletic" nəşri məlumat yayıb.

Ötən il Premyer Liqadan düşdükdən sonra maaşlarında 40 faiz azalma olan oyunçular, yenidən elitaya yüksələcəkləri təqdirdə qazanclarının əvvəlki səviyyəyə qaytarılacağını gözləyirdilər.

Qeyd edək ki, "Sauthempton" casusluq qalmaqalına görə, Çempionşip pley-off finalından uzaqlaşdırılıb. Onların yerinə həlledici oyunda "Midlsbro" mübarizə aparacaq.