İngiltərə futbolunda görünməmiş bir sanksiya qərarı qəbul edilib.

Offsideplus.az xəbər verir ki, Müstəqil İntizam Komissiyası "Sauthempton" klubunu Çempionşipin pley-off mərhələsindən rəsmən kənarlaşdırıb.

​Buna səbəb, klubun digər rəqib komandaların məşqlərini icazəsiz şəkildə videoya çəkdiyini (casusluq etdiyini) etiraf etməsi olub. "Sauthempton" EFL qaydalarını (oyuna 72 saat qalmış rəqibin məşqini izləməmək şərtini) pozmaqda, xüsusilə "Oksford Yunayted", "İpsviç Taun" və son olaraq pley-offdakı rəqibi "Middlsbro"ya qarşı casusluq etməkdə təqsirli bilinib.

​Finalın adı dəyişdi: "Hall Siti" – "Middlsbro"

​Pley-offun yarımfinalında "Sauthempton"a məğlub olaraq elita şansını itirən "Middlsbro" bu qərardan sonra yenidən turnirə bərpa edilib. Komanda Uembli stadionunda keçiriləcək böyük finalda birbaşa iştirak hüququ qazanıb.

​Yeni Finalçı: "Middlsbro"

​Rəqib: "Hall Siti"

​Oyunun tarixi: 23 may (tarix dəyişməz qalıb)

​Gələn mövsümə də cəza ilə başlayacaqlar

​Əlavə sanksiya: İntizam Komissiyası "Sauthempton"u təkcə pley-offdan kənarlaşdırmaqla kifayətlənməyib. Klubun gələn mövsüm (2026/27) Çempionşip turnir cədvəlindən 4 xal silinəcək.

​"Sauthempton" rəhbərliyinin bu qərardan apelyasiya şikayəti vermək hüququ var və tərəflər bu məsələni qısa müddətdə yekunlaşdırmağa çalışırlar. Hazırkı qərara əsasən isə Premyer Liqaya son vəsiqə uğrunda "Hall Siti" və "Middlsbro" qarşılaşacaq.