Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti "Çelsi"nin hücumçusu Joao Pedronu DÇ-2026-nın heyətinə daxil etməmək qərarı barədə danışıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis heyətdən kənarda qalan futbolçulara görə məyusluğunu gizlətməyib:
"Bu il bizimlə olan bəzi oyunçular açıqlanan siyahıdan məmnun qalmayacaqlar.
Buna görə təəssüf edirəm və indiyə qədər bizimlə olan hər kəsə təşəkkür etmək istəyirəm. Əlbəttə, Joao Pedroya görə çox üzgünük. Avropada keçirdiyi mövsümü nəzərə alsaq, o, yəqin ki, bu siyahıda olmağa layiq idi. Lakin təəssüf ki, biz tam dərk edərək və böyük hörmətlə başqa bir oyunçunun xeyrinə seçim etdik.
Joao Pedro və kənarda qalan digər futbolçular üçün çox heyfslənirəm".


