"Zenit"in məşqçisi Anatoli Timoşuk "Krasnodar"ın hücumçusu Con Kordobanın və komanda üzvlərinin ittihamlarına cavab verib.
Offsideplus.az xəbər verir ki, Kordobanın Rusiya Premyer Liqasının son turunda "Zenit"in "Rostov"la matçda (1:0) qazandığı penaltini "gülünc" adlandırmasına Timoşukun reaksiyası belə olub:
"İstənilən sözü demək olar. Bu mövsüm bizi də çox şey güldürdü. Lakin biz qalib gəldik və layiqli şəkildə çempion olduq".
Ukraynalı mütəxəssis "Krasnodar" futbolçularının "Zenit"in "Dinamo"nu stimullaşdırdığı (maddi maraq yaratdığı) barədə iddialarını da rədd edib:
"Bu, sadəcə gülüncdür. Biz də eyni şeyi "Rostov"la oyunumuz barədə deyə bilərdik".


