"Qalatasaray" müqaviləsi başa çatan Mauro İkardinin sözləşməsini uzatmaya bilər.

Offsideplus.az xəbər verir ki, rəhbərlik hələlik onunla danışıqlar aparmayıb.

"Sarı-qırmızılar" onun əvəzinə Omar Marmuşu transfer edə bilər.

Bu barədə jurnalist Mehmet Özcan məlumat yayıb.

Marmuş 2025-ci ilin yanvarında 75 milyon avroya "Mançester Siti"yə transfer olub.

O, cari mövsüm 35 oyunda 8 qol vurmağı bacarıb.

Misirli futbolçu "şəhərlilər"lə 2029-cu ilin yayına kimi müqaviləsi var.