İngiltərənin "Çelsi" klubu transfer bazarını sarsidacaq böyük bir keçid üçün ilkin addımları atıb.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi "Real Madrid"in superulduzu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari ilə əlaqə saxlayıb.  

​İspaniya mətbuatının yaydığı məlumatlara görə, bu transfer təşəbbüsünün arxasında "Çelsi"nin cari mövsümün sonunda komandanın başına keçəcək yeni baş məşqçisi Xabi Alonso dayanır.

​Xabi Alonso cari mövsümün ilk yarısında "Real Madrid"də birlikdə çalışdığı və çox yaxşı münasibətlərə malik olduğu fransalı hücumçunu "Stamford Bric"ə gətirməyin xəyalını qurur. Mbappenin də Madrid klubunda Alonsonun gedişindən sonra yaranan bəzi narahatlıqlara görə bu layihəyə maraq göstərə biləcəyi iddia olunur.  

​London klubunun rəhbəri Todd Bouli Alonsonun bu istəyinə dərhal reaksiya verərək Mbappenin ailəsi ilə danışıqlara başlayıb və onlara klubun böyük layihəsini təqdim edib.  

​Əgər bu transfer reallaşarsa, futbol dünyasında son illərin ən səs-küylü keçidlərindən biri olacaq.