Almaniyanın "Borussiya Dortmund" klubu yay transfer pəncərəsində heyətini gücləndirmək üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, Dortmund təmsilçisi "Arsenal"ın müqavilə ilə məxsus olan və ötən mövsümün ikinci yarısını "Marsel"də icarədə keçirən gənc istedadı İtan Nvanerini hədəf alıb.

​Almaniya klubu 19 yaşlı ingiltərəli yarımmüdafiəçini komandadan ayrılması gözlənilən Yulian Brandtın ideal xələfi kimi nəzərdən keçirir.

​Dortmund rəhbərliyi yaradıcı yarımmüdafiəçi axtarışında İtan Nvaneri variantına üstünlük versə də, bu transferin reallaşması kifayət qədər mürəkkəb görünür.

​Gənc futbolçu ötən il London klubu ilə 2030-cu ilin yayına qədər uzunmüddətli yeni müqavilə imzalayıb.

​"Arsenal" öz yetirməsini asanlıqla buraxmaq niyyətində deyil və onun üçün kifayət qədər yüksək transfer məbləği tələb edir.

​Nvaneri yanvar ayında keçdiyi "Marsel" klubunda məşqçi dəyişikliyindən sonra kifayət qədər oyun şansı qazana bilməsə də, Avropanın bir çox nəhənglərinin, xüsusilə də Bundesliqa təmsilçilərinin radarında qalmağa davam edir. Futbolçunun özünün də Almaniyaya köçmək ideyasına müsbət yanaşdığı iddia olunur.