Rusiya Federasiyasının Kaspiysk şəhərində sərbəst güləş üzrə ənənəvi Əli Əliyev turniri baş tutub.
Offsideplus.az xəbər verir ki, mötəbər yarışda Azərbaycan milli komandasının üzvləri də xalçaya çıxıblar.
Gərgin keçən mübarizənin yekununda sərbəst güləşçilərimiz turniri iki medalla başa vurublar.
Yığmanın üzvlərindən Ruslan Abdullayev (65 kq) və Abubakr Abakarov (92 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb və aktivimizə bürünc medalları yazdırıblar.


