"Sabah" BK-nun yeni baş məşqçisi Lazar Spasiç təyinatı ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, serbiyalı mütəxəssis paytaxt təmsilçisinə gəlişindən məmnunluğunu ifadə edərək gələcək hədəflərindən danışıb:
"Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq mənim üçün böyük şərəfdir. Gələcəkdə birgə yaxşı nəticələr qazanmağımız üçün əlimdən gələni edəcəyəm. Mənim əsas məqsədim Avropada tanınan sistem qurmaqdır. Birlikdə böyük işlər görəcəyimizə inanıram".
Qeyd edək ki, "bayquşlar" gənc mütəxəssislə 3 illik müqavilə imzalayıb.


