Yarı ağır çəki üzrə UFC-nin keçmiş çempionu Maqomed Ankalaev Bogdan Quskov üzərində qələbədən sonra gələcək planları barədə danışıb. O bildirib ki, Aleks Pereyra ilə üçüncü döyüşə çıxmağa hazırdır və bu qarşılaşmanın UFC üçün böyük hadisə olacağını düşünür.

Offsideplus.az xəbər verir ki, Ankalaev bu barədə belə deyib: "Özünü Şama adlandıran biri məni xatırladı. O, şəkil paylaşdı və yazdı: 'Hələ də sağsan?' Əgər o, döyüşmək istəsə, bu UFC üçün böyük qarşılaşma olar". Qeyd edək ki, 2025-ci ilin martında Ankalaev Pereyranı hakimlərin yekdil qərarı ilə məğlub edib, oktyabrda isə Pereyra revanş döyüşündə nokautla qalib gəlib.