"Neftçi SOCAR" 3x3 basketbol üzrə Qadın Dünya Seriyasının beşinci mərhələsində mübarizə aparacaq.
Offsideplus.az xəbər verir ki, bu mərhələnin qarşılaşmaları 16-17 iyun tarixlərində Fransanın Orlean şəhərində keçiriləcək. Beşinci mərhələdə ümumilikdə 16 komanda çıxış edəcək. Oyunların püşkatması hələlik baş tutmayıb.
Qeyd edək ki, arxada qalan üç mərhələdən sonra heyətində Dina Ulyanova, Aleksandra Mollenhauer, Aoi Katsura və Brianna Freyzerin yer aldığı "Neftçi SOCAR" 86 xalla 10-cu pillədə qərarlaşıb.


