UFC döyüşçüsü Karlos Prates İliya Topuriya ilə qarşılaşmaq istədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, braziliyalı idmançı gələcək planları barədə danışarkən yarımyüngül çəkidə UFC çempionu olan Topuriyanı döyüşə çağırıb:
"Kəməri qazanmaq və daha sonra Topuriyanı döyüşə çağırmaq barədə düşünürəm – əgər o, 77 kq-a (yarımorta çəki) qalxmaq istəsə, əlbəttə. Bəli, bu, super döyüş və böyük pullar gətirəcək bir qarşılaşma olar".
Qeyd edək ki, Prates son olaraq "UFC Fight Night 275" turnirində Cek Della Maddalenanı nokaut edib. Hazırda yarımorta çəki divizionunun çempionluq kəməri İslam Maxaçeva məxsusdur.


