Ceylen Bransonun 38 xal topladığı oyunda "Nyu-York Niks" dördüncü rübdəki 22 xallıq geriliyi aradan qaldıraraq əlavə vaxtda "Klivlend Kavalers"i 115-104 hesabı ilə məğlub edib və NBA Şərq Konfransının final mərhələsinin ilk oyununda böyük sensasiyaya imza atıb.
Offsideplus.az xəbər verir ki, əsas vaxtın bitməsinə 7 dəqiqə 52 saniyə qalmış 93-71 hesabı ilə geridə olan "Niks" üçün hər şey bitmiş kimi görünürdü. Hətta ESPN-in analitik məlumatlarına görə, həmin anda "Kavalers"in qalib gəlmək şansı 99.9% qiymətləndirilirdi.
Lakin Bransonun liderliyi altında 18-1-lik möhtəşəm bir seriya yaxalayan Nyu-York təmsilçisi, əsas vaxtın bitməsinə 19.3 saniyə qalmış hesabı bərabərləşdirib (101-101) və yekunda bu qarşılaşmanı "Niks" tarixinin ən böyük pley-off geri dönüşünə çevirib.


