Azərbaycanın U-15 güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, mayın 20-dən 24-dək davam edəcək yarışda hər 3 güləş növü üzrə təmsilçilərimiz xalçaya çıxacaqlar.

Qitə birinciliyində ölkəmizi bu heyətlər təmsil edəcək:

Yunan-Roma güləşi:

Heyət: Hüseyn Əmrahlı (38 kq), Xudayar Kərimov (41 kq), Paşa Aslan (44 kq), Pünhan Şahmarov (48 kq), Rəsul Əhmədli (52 kq), Sadiq Vəlizadə (57 kq), Raul Məmmədzadə (62 kq), İbrahim Məmmədzadə (68 kq), Süleyman Verdiyev (75 kq) və Fikrət Baxşəliyev (85 kq).

Məşqçilər: Böyük məşqçi Taleh Məmmədov, məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı.

Qadın güləşi:

Heyət: Ülviyyə Musayeva (33 kq), Gülay Xasməmmədova (36 kq), Nərgiz Cəfərzadə (39 kq), Leyla Əsgərova (42 kq), Mədinə Kərimova (46 kq), Günel Kərimli (50 kq), Ləman Əliyeva (54 kq), Zərifə Alızadə (58 kq), Aylin Həsənli (62 kq) və Fatimə Qayqiyeva (66 kq).

Məşqçilər: Böyük məşqçi Mariya Stadnik, məşqçilər Rövşən Umudov və Solmaz Adilova.

Sərbəst güləş:

Heyət: Yusif Abdullayev (38 kq), Elman İsmayılov (41 kq), Məhəmməd Kərimov (44 kq), Əli Baloğlanov (48 kq), Adəm Quliyev (52 kq), Yılmaz Səmədov (57 kq), Yusif Hüseynov (62 kq), Yusif Bədəlov (68 kq), Xəyal Şükürlü (75 kq) və Elvin Necəfzadə (85 kq).

Məşqçilər: Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev, Xəqan Süleymanov və Emin Əzizov.

Qeyd edək ki, çempionatda ədaləti qoruyacaq hakimlərimiz arasında Sevinc Yusibova, Samil Fəttayev və Nihad Muradov da yer alıb.