Vüqar Bayramov kişi voleybolçulardan ibarət Azərbaycan millisinə kapitanlıq edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb. Komandanın yekun heyəti isə yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Boris Qrebennikovun baş məşqçisi olduğu yığmamız Avropa Liqasında mübarizəyə iyunun 6-da İsveçdə start verəcək. Millimiz ilk mərhələdə ev sahibi İsveç və Yunanıstanla qarşılaşacaq.

Növbəti mərhələlərdə isə voleybolçularımız Rumıniya, İspaniya, həmçinin Azərbaycanda baş tutacaq oyunlarda Macarıstan və Portuqaliya yığmaları ilə qüvvəsini sınayacaq.